TƏBİB-dən zəlzələ ilə bağlı açıqlama

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olmayıb.

Bu barədə Musavat.com-a TƏBİB-dən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, dekabrın 7-də saat 08:16 radələrində Xəzər dənizində baş verən 5.6 maqnitudalı zəlzələ ilə bağlı son məlumata əsasən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olmayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

07.12.2023 10:04
1309