Noyabrın 10-da saat 13:30 radələrində Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 2015-ci il təvəllüdlü vətəndaşı üçün təcili yardım çağırışı olub. Vətəndaşın xəstəxanayaqədər ölüm halı qeydə alınıb.
Bu barədə Musavat.com-a TƏBİB-dən verilən məlumatda bildirilib.
Qeyd edək ki, bu gün 2015-ci il təvəllüdlü Tellixanım Anar qızı Məmmədli qəfil vəfat edib. Onun ölümünə ev şəratində hazırlanan kələm turşusunun səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.