TDT-nin Baş katibi: COP29 Türk dünyası üçün tarixi hadisədir

COP tədbiri Türk dünyasında ilk dəfə olaraq keçirilir və bu, hamımız üçün böyük önəm daşıyır.

Bu fikri AZƏRTAC-a məxsusi müsahibəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

TDT-nin Baş katibi qeyd edib ki, bu tədbir təkcə Azərbaycan üçün deyil, eyni zamanda, Türk dünyası üçün əhəmiyyətlidir: “Hazırda COP29-un əsas mövzularından biri yaşıl dünyadır. İqlim dəyişikliyi ilə mübarizə üçün bütün ölkələrin, liderlərin, ekspertlərin və beynəlxalq təşkilatların bir araya gələrək həll yolları tapması olduqca vacibdir.

Ümid edirəm ki, bu günlər ərzində maliyyələşdirmə məsələsi də daxil olmaqla iqlim dəyişikliyinə qarşı həll yolları tapılacaq”.

Kubanıçbek Ömüralıyev COP29-un Bakıda keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib.

11.11.2024 16:00
154