"Tayms": "Polşada yüzlərlə belarus Lukaşenkonu devirmək üçün təlim keçir"

“The Times” qəzeti əvvəllər ölkəni tərk etməyə məcbur olan Belarus vətəndaşlarının hazırda Polşada döyüş hazırlığı keçirdiklərini yazıb.

Musavat.com sözügedən qəzetə istinadla xəbər verir ki, onlar prezident Aleksandr Lukaşenkonu devirmək üçün Belarusa qayıtmaq istəyirlər.

Nəşrin məlumatına görə, söhbət yüzlərlə insandan gedir. Onlar üçün təlim 2020-ci il etirazlarından sonra işdən çıxan Belarus təhlükəsizlik məmurları tərəfindən yaradılan BYPOL təşkilatının üzvləri tərəfindən təşkil edilib.

BYPOL-un rəhbəri Aleksandr Azarov qeyd edib ki, bəzi qruplar bir neçə həftədir ki, təlim keçirlər. 

Qeyd edək ki, Aleksandr Lukaşenko 30 ilə yaxındır ki, Belarusda hakimiyyətdədir və qatıldığı bütün seçkilərdə "qalib gəlir". Belarus müxaliəti ona qarşı seçkilərdə total saxtakarlıq etməsi, adam oğurluğu, habelə siyasi qətllər sifariş etməsi barədə ittihamlar irəli sürür.

Musavat.com

 

19.06.2023 10:50
611