Taxıl anbarında DƏHŞƏT: Cəmi bir nəfər sağ qaldı - VİDEO

Taxıl anbarında çalışan işçilərin üzərinə nəhəng çuvallar aşıb. İş vaxtı baş verən dəhşətli qəza nəticəsində işçilərdən bir neçəsi faciəvi şəkildə həyatını itirib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, dəhşətli anlar təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Hadisə taxılın saxlanması və emalı ilə məşğul olan müəssisədə baş verib. Görüntülərə əsasən, işçilər hər hansı təhlükədən xəbərsiz şəkildə işləyərkən, üst-üstə yığılmış tonlarla ağırlığa malik iri çuvallar tarazlığını itirərək bir anda onların üzərinə aşıb. Nəticədə bəzi işçilər hadisə yerindəcə həlak olub, digərləri isə ağır yaralanıb.

Hadisənin hansı ölkədə baş verdiyi barədə məlumat verilməyib.

Musavat.com

02.06.2025 15:47
1066