Tavuşun ATƏŞƏ tutulduğu xəbəri yayıldı: Müdafiə Nazirliyindən AÇIQLAMA - Polkovniklə CANLI

Bəzi sosial şəbəkə istifadəçiləri Azərbaycan Silahlı Qüvvələrinin Tavuş istiqamətində Ermənistan ordusunun mövqelərini atəşə tutması barədə məlumatlar yayıblar. Yayılan məlumatlar yalandır və həqiqətə uyğun deyil.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti qurum tərəfindən açıqlanan rəsmi məlumatlara əsaslanmağa çağırıb.

Ermənistanda aksiya zamanı Ermənistan və qondarma "artsax"ın əski parçası ilə yürüş edənlər saxlanılıb. Bununla bağlı Ermənistan mediasından görüntülər yayılıb. Erməni mediasının "aksiya" adlandırdığı 3-4 nəfərin "yürüş cəhdi"ndən başqa bir şey deyil. Kirantsda erməni polisi iki ölkənin sərhəd qoşunları tərəfindən demarkasiya işlərinin aparıldığı ərazini qeydə alan kameraları yığışdırır. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

TVMusavat-ın bu gün saat 12:15-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şair Ramaldanovla söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

04.05.2024 12:00
1346