Tavuşda KÜTLƏVİ HƏBSLƏR - Onlar da saxlanıldı... - VİDEO

Ermənistan polisi “Vətən naminə Tavuş” təşəbbüsünün fəallarını saxlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, saxlanılanlar arasında politoloq Suren Petrosyan və ehtiyatda olan polkovnik Mihran Mahsudyan da var.

Bildirilir ki, Ermənistanı Gürcüstanla birləşdirən dövlətlərarası avtomobil yolunu, Alaverdi və Noyemberyan yollarının kəsişməsini bağlamağa cəhd edən digər fəallar da saxlanılıb.

Ərazidən ən son görüntüləri təqdim edirik.

@@TVmusavat/83887@@

23.04.2024 22:26
2561