Paytaxtın mərkəzində məşhur "Sapphire" oteldə tüstülənmə qeydə alınıb.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.
Görüntülərdən məlum olur ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.
Hadisə ilə bağlı FHN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, tüstülənmə otelin havalandırma sistemində qeydə alınıb:
"Tüstülənmə təşviş yaratsa da yanğın qeydə alınmayıb", - deyə FHN rəsmisi bildirib.