Türkiyənin məşhur müğənnisi Tarkan İsrailin dünən Qəzzada bombaladığı xəstəxana ilə bağlı paylaşım edib.
Musavat.com news24.az-a istinadən xəbər verir ki, Tarkan bu paylaşımı instagram hesabında edib.
Paylaşımda deyilir:
"Günahsız və mülki insanların hədəf alınması, uşaq və qadınların öldürülməsi qəbuledilməzdir. Bu, sadəcə olaraq müharibə deyil, insanlığa qarşı cinayətdir. Bu vəhşiliyi və zülmü dayandırmaq üçün bütün dünya ayağa qalxmalıdır"- deyə, müğənni paylaşımını sonlandırıb.