Türkiyənin məşhur aparıcılarından olan Esra Gezginci Azərbaycanın mədəni irsini, tarixini və müasir dövrünü özündə əks etdirən geniş və maraqlı layihə ərsəyə gətirib.
Musavat.com xəbər verir ki, "Əsrarəngiz Azərbaycan" adlanan verilişin 6 və 7-ci bölümləri Azərbaycanın mədəniyyət paytaxtı və qürur yeri olan Şuşaya, bu şəhərin tarixinə, 44 günlük müharibədə Şuşada gedən döyüşlərə və qazanılan qələbəyə həsr edilib.
Verilişin 9-cu bölümündə isə 1848-ci ildə, Çar Rusiyası dövründə inşa olunmuş məşhur Şuşa həbsxanası barədə maraqlı məlumatlar yer alıb.
Ətraflı videolarda: