Tarixi məscid çökdü: ölənlər var - VİDEO

Nigeriyanın Kaduna ştatında tarixi məscid çöküb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, məscidin çökməsi nəticəsində 10 nəfər ölüb, 7-si ağır olmaqla, 25 nəfər yaralanıb. Hadisə axşam namazı vaxtı baş verib.

Qeyd edək ki, 1830-cu illərdə inşa edilən məscid dünyanın hər yerindən müsəlmanların tez-tez ziyarət etdiyi məkan kimi tanınır.

 

Musavat.com

14.08.2023 17:00
979