Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın efirində eks baş nazir Elmar Məmmədyarovun etirafından danışıb.
Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı Elmar Məmmədyarovun fikirlərinə etiraz edib və bildirib ki, sadə azərbaycanlının XİN-ə işə düzəlməyi o qədər də bəsit proses deyil.
Qeyd edək ki, E.Məmmədyarov tapşırıqla XİN-ə adam işə götürdüyünü etiraf etmişdi və buna Azərbaycanın kiçik ölkə olması, bir ailə kimi olmasını səbəb gətirmişdi. Eks-nazir qeyd etmişdi ki, bu halda kiminsə xahişi ilə tanış birinin işə alınması təəccüblü deyil.
Ətraflı videoda: