Tanış olduqları qızlarla görüşə gedən iki dost güllələndi - ANBAAN VİDEO

İstanbulda tanış olduqları qızlar ilə görüşə gedən iki dost silahlı hücumu məruz qalıb. 

Musavat.com xəbər verir ki, hadisə nəticəsində hər iki şəxs ölüb.

Hadisə ilə əlaqədar 2 qadın nəzarətə alınıb. Polis qrupları hadisəni törədənləri tutmaq üçün əməliyyata başlayıb. Sözügedən hadisənin görüntüləri təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə güllələnən  şəxsin qan içində yeriməsi əks olunub.

Musavat.com

25.12.2023 15:29
2021