Bakıda yerləşən hotellərdən birində menecer vəzifəsində işləyən xanımın pulqabısını oğurlayan şəxsə hökm oxunub.
1992-ci ildə Bakı şəhərində anadan olmuş Cavid Qənbərov (ad-soyad şərti) tanış olduğu xanımla sözügedən hotelə gedib.
Cavid qadınla hotelin 5-ci mərtəbəsində yerləşən otaqda birlikdə qalıb. O, birlikdə gecələdiyi Mehin (ad şərti) adlı qadın yatarkən otaqdan çıxıb və 5-ci mərtəbənin dəhlizində gəzərkən üzərində “depo” yazılmış qapının açıq olduğunu görüb. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin otağa daxil olub və hotel menecerinə məxsus əl çantasından pulqabının içərisindəki 537 manat pulu oğurlayıb.
Məhkəmənin qərarı ilə ona 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub. (Qaynarinfo)