Əməkdar artist Nigar Şabanova yenidən plastik əməliyyat etdirib.
Xanəndə budəfəki əməliyyatın korreksiya xarakteri daşıdığını bildirib.
“Ötən il etdirdiyim liposaksiyadan sonra bədənimdə dəri sallanmaları olmuşdu. Ona görə, abdominoplastika etdirib artıq, sallanan dəriləri kəsdirdim. Hər şeyin ideal səviyyədə olmasını istədim”, - deyə o qeyd edib.
Müğənni buna qədər burun, yanaq, dodaq, qaş və üz çevrəsinə estetik prosedurlarla əl gəzdirib. (lent.az)