"Mənə heç bir qadın evlilik təklif etməyib".
Musavat.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Cavan Zeynallı qadınların ona evlilik təklif etməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Müğənni bildirib ki, evlənmək haqqında düşünmür:
"Adımdan yazırlar ki, guya mən evlənmək istəyirəm. Bilmirəm ki, mən kimə maraqlıyam. Mənə hansı qadın evlilik təklifi edib? Boş-boş fikirlər yayırlar, istəyirəm mənim pərəstişkarlarım bunlara inanmasın. Belə şeyləri sevmirəm".