"Yazırlar ki, sabiq baş nazirin kürəkəni idman yarışında yer tutub. Bunun bura nə aidiyyəti var?"
Musavat.com xəbər verir ki, bu sözləri xanəndə Pərviz Qasımov ATV-də yayımlanan "Rəngarəng səhər" verilişində deyib.
Xanəndə qazandığı bütün uğurlarında heç kimin rolu olmadığını vurğulayıb:
"O, Azərbaycanın dövlət xadimidir. O, gözəl insandır. Özüm haqqında yazın. Özbəkistanda 75 ölkə nümayəndəsi arasında 1-ci yeri qazananda heç ailəli deyildim".
Qeyd edək ki, Pərviz Qasımov keçmiş baş nazir Novruz Məmmədovun kürəkənidir.
Musavat.com