Tanınmış şairi motosiklet vurdu - Ciddi yaralanıb - FOTO

Tanınmış şair, tərcüməçi, Prezident təqaüdçüsü Nicat Məmmədovu motosiklet vurub.

Bakupost.az -ın məlumatına görə, hadisə martın 18-i baş verib.

Belə ki, yüksək sürətlə hərəkət edən motosiklet piyada zolağında onu vurub. Nəticədə N.Məmmədov sol diz nahiyəsindən ciddi xəsarət alıb.

1 saylı Şəhər Klinik Xəstəxanasında şairə ilkin tibbi yardım göstərilib. Hazırda zərərçəkmiş evdə yataq şəraitindədir.

Hüquq-mühafizə orqanları işi öz nəzarətinə götürüb. Araşdırma aparılır.

22.03.2024 13:42
1389