Tanınmış şair FACİƏVİ şəkildə ÖLDÜ - FOTO

Sovet siyasi gizli ədəbiyyatının mühüm simalarından biri, rus şairi Lev Rubinşteyn Moskvada yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Musavat.com xəbər verir ki, şair avtomobilin onu vurmasından 6 gün sonra dünyasını dəyişib.

Rusiya prezidenti Vladimir Putinin əleyhdarlarından olan Rubinşteynin ölüm xəbərini onun qızı Maria yayıb.

Qeyd edək ki, Rubenşteyn konseptualist sənət hərəkatının banilərindən biri kimi tanınırdı.

1970-1980-ci illərdə Sovet İttifaqı dövründə önə çıxan bu hərəkat sosialist realizminin rəsmi doktrinasını tənqid etmək və ənənəvi sovet dövrünün normalarını alt-üst etmək üçün sənətdə bir çox üsullardan istifadə edib.

Hərəkət sənət əsərlərinin ilk növbədə intellektual konsepsiyaya əsaslandığı və vizual formanın ikinci dərəcəli olduğu bir yanaşmanı təmsil edirdi.

Musavat.com 

 

15.01.2024 19:42
2801