Sansar Salvo kimi tanınan gənc reper Ekincan Arslan intihara cəhd edib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, o, çox sayda dərman içib.
Keçmiş sevgilisi, atası və ailəsi ilə bağlı baş verənləri "X" hesabındakı paylaşımında əsəbi şəkildə izah edən Arslan, "Ötən çərşənbə günü şəxsi böhrana görə 43 dərman, müxtəlif antipsikotiklər və antibiotiklər qəbul edərək intihar etdim. Adam Taksim ilkin tibbi yardım şöbəsində sevgilimə zəng etmir, dəqiqələri bitməsin deyə whatsappda yazır. Nə edəcəksən, bir də özümü öldürsəm, onsuzda ikinci dəfədir. Evləri yeyəcəksən?", - deyə yazıb.