Tanınmış müğənni prokurorluğa çağırıldı

İstanbul Prokurorluğu məşhur sənətçi Özcan Dənizlə bağlı istintaqa başlayıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarıyer Uskumruköydə və qorunan ərazidə yerləşən 3 villada lisenziya və icazə olmadan tikilən hovuzların, əlavə qapalı ərazilərin və qarajların yaşayış sahəsinə çevrildiyi müəyyən edilib.

Bundan sonra müğənni barədə araşdırma başladılıb.

Özcan Dənizin martın 5-də “tikintidə çirklənməyə səbəb olmaq” və “Mədəni və təbii sərvətlərin mühafizəsi haqqında qanunu pozmaq” ittihamları ilə şübhəli şəxs qismində ifadə verməsi gözlənilir.

Könül
Musavat.com

03.03.2025 14:23
1433