Britaniya əsilli amerikalı müğənni, musiqiçi və “Mumford & Sons” qrupunun solisti Markus Mamford 6 yaşında cinsi istismara məruz qaldığını açıqlayıb.
Musavat.com-un Oxu.Az-a istinadla xəbərinə görə, o etiraf edib ki, baş verənlər uşaqlıqda qeyri-sağlam cinsi davranışa səbəb olub.
Həmin hadisədən sonra gələcək ifaçı özünü əxlaqsız aparmağa başladığını da qeyd edib.
Sənətçinin yeni “Self-Titled” solo albomu, eləcə də ən populyar mahnısı olan “Cannibal” yaşadığı travmaya həsr olunub.
Mamfordun yeni albomunun buraxılışı sentyabrın 16-da planlaşdırılır.