Tanınmış meyxanaçıya AĞIR İTKİ - FOTO

Azərbaycanda tanınmış meyxanaçı Rüfət Dahiyə ağır itki üz verib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, meyxana ustasının 32 yaşlı qardaşı vəfat edib.

Onun uzun sürən xəstəlikdən sonra həyatını itirdiyi bildirilir.

Rüfət Dahinin qardaşı Lənkəran şəhərində dəfn edilib.

Allah rəhmət eləsin!

23.09.2022 16:30
1735