Lənkəranda doğuş zamanı ölən körpə tanınmış meyxanaçının övladı imiş.
Lent.az-ın əldə etdiyi məlumata görə, ölən körpə tanınmış meyxanaçı Oruc Bayramsəsin (Oruc Lənkəranlı) övladı olub.
Körpənin ölümü ilə bağlı araşdırma aparılır.
-------
Lənkəran Perinatal Mərkəzində körpə ölümü baş verib.
Musavat.com APA-ya istinadən bildirir ki, bu gün səhər Lənkəran Perinatal Mərkəzində dünyaya gələn oğlan uşağı ölüb.
Yaxınlarının dediyinə görə, uşaqda heç bir problem olmayıb. Körpə qeysəriyyə əməliyyatı zamanı ölüb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.