Tanınmış jurnalist Ədil Arifoğlu VƏFAT ETDİ

Azərbaycanda hərbi jurnalist Ədil Arifoğlu 56 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, agentliyin rəhbərliyi və kollektivi hərbi jurnalist Ədil Arifoğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Ədil Arifoğlu 1968-ci il İmişli rayonunda doğulub. O, Azərbaycan İncəsənət İnstitutunu bitirəndən sonra taleyini AzTV-yə bağlayıb. Ə.Arifoğlu istedadlı rejissor olmaqla yanaşı həm də əvəzsiz reportyor idi. Birinci Vətən müharibəsində o bütün cəbhəni gəzib. Çoxsaylı videoreportajlar hazırlayıb. Və hər zaman döyüşçülərimizlə bir yerdə olan Ədil bir gün düşmən snayperinin gülləsinə də tuş gəlib. Boğazından ağır yaralanıb. Lakin şəhidlik zirvəzinə yüksələ bilməsə də, bir reportyor kimi şöhrətin zirvəsinə yüksəlib. Onun 50 saatlıq müharibə arxivi vardı. Bu arxivdə isə açılmamış çox sayda sirlər yatırdı.

Bu mənada sonuncu magikan Ədil Arifoğlunun ölümü hər kəsi üzdü.

Qeyd edək ki, 2 gün əvvəl Ədil Arifoğlu çalışdığı redaksiyaya rəhbər təyin olunubmuş.

Allah rəhmət eləsin!

28.07.2024 16:17
2435