Tanınmış iş adamının ailəsində AĞIR İTKİ

Tanınmış iş adamı, AF Holdinq Şirkətlər Qrupunun prezidenti, “Uğur-97” şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvü, “AF Hotel & Aqua Park ” sahibi Azay Möhnətovun ailəsində ağır itki baş verib.

Tanınmış iş adamının qardaşı oğlu Laçın Möhnətov 42 yaşında qəfil ürəktutmasından dünyasını dəyişib.

Mərhum L.Möhnətovun 3 mərasimi bu gün Heydər Məscidində keçirilir.

Allah rəhmət eləsin! (Qafqazinfo)

02.10.2023 12:12
1309