Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Musavat.com bildirir ki, Aztibb.az-ın xəbərinə görə, o, 54 yaşında dünyasını dəyişib.
Sevinc Zeynalova 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almış, 1995-1996-cı illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında internatura keçmişdi.
O, 1996-cı ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevt kimi çalışırdı.
Allah rəhmət eləsin!