Tanınmış gürcü rejissor vəfat etdi

Məşhur gürcü kinorejissoru Otar İoseliani 89 yaşında vəfat edib.

Bu barədə onun dostu, fotoqraf və jurnalist Yuri Rost öz “Telegram” kanalında məlumat verib.

O.İoseliani 2 fevral 1934-cü ildə Tbilisidə anadan olub. Rejissor beynəlxalq mükafatlara layiq görülmüş “Xəzəl” və “Pastoral” kimi filmlərin müəlifidir.

1980-ci illərin əvvəllərindən İoseliani Fransada işləməyə başlayıb, burada bir neçə sənədli və bədii filmlər çəkib.

1984-cü ildə o, Gürcüstan SSR xalq artisti adını alıb. Rejissor üç dəfə Venesiya kinofestivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb, “Gümüş ayı”, iki dəfə “Nika” mükafatı qazanıb.

17.12.2023 22:37
822