Sosial şəbəkələrdə moda və səyahət haqqında videolar paylaşan məşhur braziliyalı bloger Aline Ferreyra plastik əməliyyatdan sonra dünyasını dəyişib.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, ölümün səbəbi ümumiləşdirilmiş infeksiyanın baş verməsi olub.
Hər şey 33 yaşlı qızın estetik məqsədlər üçün istifadəsi tövsiyə edilməyən polimetil metakrilatdan istifadə edərək ombasını böyütmək istəməsi ilə başlayıb. Lakin əməliyyatdan sonra mərhumun ərinin sözlərinə görə, bloger evə qayıdıb və özünü pis hiss edib. Ertəsi gün qızdırması yüksəlib.
Blogerin həyat yoldaşı dərhal xəstəxanaya gedib. Plastik cərrah isə vəziyyətin normal olduğunu bildirib və blogerin qızdırma dərmanı atmasını tövsiyə edib.
Alina qarın ağrısı çəkməyə başlayıb və huşunu itirib. O, bir neçə gün orada qalıb, sonra Asa Sul şəhərindəki özəl tibb müəssisəsinə köçürülüb.
Lakin sonradan blogerin ürəyi dayanıb.
Sonradan məlum olub ki, blogerin cərrahiyyə xidmətinə getdiyi klinikanın belə prosedurları həyata keçirmək üçün lisenziyası yoxdur. Üstəlik, əməliyyat zamanı blogerin hər ombasına 30 ml polimetil metakrilat yeridilib ki, bu da böyük dozadır.
Lakin klinikanın nümayəndələri ölümlə nəticələnən hadisəyə görə məsuliyyət daşımır. Onlar qeyd edirlər ki, onlar yalnız biostimulyatordan istifadə ediblər və iddiaya görə, qız infeksiyaya öz evindəki çarşaflardan yoluxub.
Hazırda klinikanın sahibi həbs edilib.