Tanınmış bəstəkar vəfat edib - FOTO  

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Musavat.com xəbər verir ki, bəstəkar Oqtay Rəcəbov az öncə vəfat edib.

Bu barədə məlumatı Mədəniyyət Nazirliyinin Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi, musiqi sektorunun müdiri Vüqar Hümbətov paylaşıb:

"Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, bəstəkar Oqtay Rəcəbov dünyasını dəyişib.

Allah rəhmət eləsin!.."

Nigar HƏSƏNLİ,
Musavat.com

15.12.2022 17:09
1139