Tanınmış axund Azər Sani işdən çıxarıldı

Xırdalanın axundu işdən çıxarılıb.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, Xırdalan cümə məscidinin axundu Azər Sani bu gün sonuncu cümə namazını qılıb.

O, namazdan sonra elan edib ki, bu gündən sonra Xırdalan məscidində axund kimi namaz qılmayacaq.

Qeyd edək ki, Azər Sani Xırdalan və ətraf ərazilərdə tanınmış din xadimidir. 

05.05.2023 17:10
4339