Tanınmış aparıcı ATV-dən getdi

Uzun illərdir ki, Azad Azərbaycan telekanalında çalışan aparıcı İlhamə Bədəlova işindən ayrılıb.

Musavat.com yenisabah.az-a istinadən xəbər verir ki, "Həkimsən" verilişinin aparıcısı başqa kanalda işə başlayır. Bədəlova artıq "Space" TV-də fəaliyyətini davam etdirəcək.

Bu gün sözügedən proqramın əvəzinə "Bir kişi, bir qadın" serialı yayımlanıb.

Aparıcı "Həkimsən" verilişi ilə yanaşı bir müddət Vüsalə Əlizadəni "7 canlı" proqramında əvəz etmişdi.

14.11.2023 23:14
2482