Tanınmış aktyor vəfat etdi

Amerikalı aktyor Mark Qoddard vəfat edib.

Aktyor 87 yaşında ağciyər fibrozundan dünyasını dəyişib.

Həyat yoldaşı Evelin Pezzuliçin sözlərinə görə, aktyor pnevmoniya ilə xəstəxanaya yerləşdirilib və ona fibrozun son mərhələsi diaqnozu qoyulub.

Qeyd edək ki, aktyor karyerası ərzində 50-dən çox film və teleserialda rol alıb.//Axşam.az

16.10.2023 12:10
617