Tanınmış aktyor Allahverdi Yolçuyev sabah əməliyyat olunacaq.
Musavat.com bildirir ki, bu barədə Yenicag.az-a aktyor özü açıqlamasında bildirib.
Uzun zamandır "Parkinson" xəstəliyindən əziyyət çəkən aktyor nəhayət ki, sağlamlığına qovuşacağı günü gözləyir:
Əməliyyat Azərbaycanda baş tutacaq və qabaqcadan verilən vədə əsasən, bütün xərclər xəstəxana tərəfindən qarşılanacaq.
"İnşəallah, sabah əməliyyat olunacağam. Çox bahalı əməliyyatdır, amma pulsuz edəcəklər, xərcləri xəstəxana qarşılayacaq. İndiki vaxtda kim bu qədər puldan keçər? Sağ olsunlar".
Qeyd edək ki, baha başa gələn bu əməliyyat xarici ölkələrdə mümkündür. Buna imkanı çatmadığı üçün aktyor ümidlə nə vaxtsa Azərbaycanda da belə bir əməliyyatın mümkün olacağı günü gözləyirdi. Nəhayət, ölkəmizdə mümkün olan bu əməliyyat zamanı aktyor sağlamlığına qovuşacaq.