Tanınmış aktrisa: “Oğlum xəyanətə görə boşanıb...”

Tanınmış aktrisa Nəzakət Məmmədova qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Musavat.com bildirir ki, aktrisa sosial şəbəkə üzərindən videomüraciət yayaraq, boşanan oğlu haqda qeyd edib:

“Oğlum Elnur Məmmədov bir neçə il öncə ailə həyatı qurdu. Lakin xəyanətə görə 8 aydan sonra ayrıldı. Lakin sonra qızın ailəsi məhkəməyə müraciət edərək iddia etdi ki, guya cehizləri, qızılları evdə qalıb. Xətai Rayon Məhkəməsi faktları araşdırdı və sübut olundu ki, qız bütün cehizləri və qızılları özü ilə aparıb. Lakin qızın ailəsi Apellyasiya Məhkəməsinə müraciət etdi. Apellyasiya Məhkəməsi heç nəyi araşdırmadan ədalətsiz qərar verdi və bizi məhkəmədən qovdu. Eləcə də Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını saxladı.

Qeyd edim ki, oğlum 3-cü qrup əlildir. Lakin icra məmuru onu çox incidir və deyir ki, əgər borcu ödəməsə, onu həbs edəcək.

Bir vətəndaş, ana, aktrisa kimi ölkə rəhbərliyinə müraciət edirəm, mənim fəryadımı eşitsinlər, ədalət bərpa olunsun”.

Xalidə Gəray,
Musavat.com

24.09.2024 17:23
1772