Norveçli ailə Azərbaycana köçüb.
Milli.Az xəbər verir ki, Norveçdə yaşayan ailə Lənkərana köçüb. Azərbaycanda biznes quran ailə bir müddətdir ki, burada yaşayır. Onun biznesi günəş enerjisindən istifadə ilə bağlıdır.
5 nəfərdən ibarət olan ailə Astar tv-yə danışarkən Azərbaycanı çox sevdiklərini bildiriblər.
"Talış yeməklərini çox bəyənirik: ləvəngi, üçbacı, yarpaq dolması, aşqara..."
Qeyd edək ki, bir neçə ay əvvəl çəkilən sujet sosial şəbəkələrdə yenidən müzakirə olunur.