Taliblər Bakıdadır - Foto

Əfqanıstandan nümayəndə heyəti COP29 iqlim konfransında iştirak etmək üçün bazar ertəsi Bakıya gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Qeyd olunur ki, Əfqanıstan nümayəndələri 2021-ci ildə Talibanın hakimiyyətə gəlişindən sonra ilk dəfədir ki, belə bir tədbirdə iştirak edirlər.

Nümayəndə heyətinə ətraf mühitin mühafizəsi üzrə məsul qurumun rəhbəri Matuil Haq Khali başçılıq edib və o, AP-yə bildirib ki, Əfqanıstan qlobal istiləşmədən ən çox zərər çəkən ölkələrdən biridir.

Onun sözlərinə görə, Əfqanıstanın iqlim dəyişikliyinin nəticələrinin - quraqlıq və daşqınların öhdəsindən gəlmək üçün dəstəyə ehtiyacı var. O, danışıqlara dəvətə görə Azərbaycan tərəfinə təşəkkür edib.

 

Şahanə Rəhimli
Musavat.com

12.11.2024 00:35
15781