Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı kişilərə cins şalvar geyinməyi və fərqli saç düzümünü qadağan edib.
Musavat.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Nəşr qeyd edir ki, yeni qanunlar avqustun sonunda qəbul edilib. Onların məqsədi xarici görünüş və davranış baxımından qeyri-müsəlmanların təqlidini qadağan etməkdir.
Əfqan kişilərinə cins şalvar və fərqli saç düzümü qadağası ilə yanaşı, saqqallarını yumruqlarından qısa kəsdirmək, arvadlarından və ya qohumlarından başqa qadınlara baxmaq da qadağan olunub. Yerli sakinlər yeni məhdudiyyətləri gözlənilməz sürpriz kimi qiymətləndiriblər.
Qeyd edək ki, cari ilin avqustunda "Taliban" hərəkatı qadınların kişilərə baxmasını, ictimai yerlərdə və evlərində yüksək səslə danışmasını qadağan edib.