Taleh səhnədə kövrəldi: “Atam da, anam da sağ idi” - VİDEO

Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov “Bəlkə də” adlı yeni filmini təqdim edib.

Musavat.com xəbər verir ki, aktyor təqdimat gecəsində səhnəyə çıxıb və öz təəssüratlarını bölüşüb:

“Mən uşaq olanda bir hadisə olmuşdu. O zaman keçmişə dönmək istəmişdim. Deyə bilərəm ki, bu filmin ideyası uşaqlıqdan ağlımda var. Bu ssenarini yazanda atam sağ idi. Sonra baxdım o mənim ssenarimdədir. Ssenarini yazmağımdan illər keçdi. Çəkilişlərə başlayanda anam da vəfat etdi. Ssenaridə anam da yer aldı”, - deyərək aktyor kövrək anlar yaşayıb.

Könül,
Musavat.com

03.04.2025 10:48
436