Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...

Azərbaycanda taksilərdə iyun ayının 1-dən minimal gedişhaqqının 4 manat 50 qəpik olacağı bildirilir. 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Yayılan məlumat taksi şirkətlərində çalışan sürücülərə istinadən verilib.

Musavat.com xəbər verir ki, "Bolt" şirkətinin səlahiyyətli nümayəndəsi Bizim.Media-nın sorğusuna cavab olaraq məlumatın yalan olduğunu bildirib.

"Uber" taksi şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə sayta bildirilib ki, şirkətin baş ofisi bu məlumata şərh verməkdən imtina edib.

17.05.2024 12:50
1154