Gəncə şəhərində müştəri üstündə taksi sürücüləri arasında mübahisə düşüb, onlar bir-birlərinə kəsici alətlə xəsarət yetirib.
Gəncədən Bakıya sərnişin daşıyan taksi sürücüləri arasında müştəri üstə mübahisə düşüb.
Nəticədə onlar bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər.
Xəsarət alan - 1980-ci il təvəllüdlü Samir Arif oğlu İsmayılov və Nadir adlı digər şəxs Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.//Report