Bakıda sürücü avtomobilini dövlət nömrə nişanı olmadan idarə edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Belə ki, taksi kimi fəaliyyət göstərən “NAZ Lifan” markalı avtomobilin sürücüsü maşını nömrəsiz sürüb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, hadisə nəzarətə götürülüb, araşdırma aparılır.
Musavat.com