Tailandda fişəng fabrikində baş verən partlayış nəticəsində azı 17 nəfər ölüb.
Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə "Tay Rath" qəzeti məlumat yayıb.
Qeyd edilib ki, hadisə Tailandın mərkəzində Suphanburi əyalətində baş verib.
Xatırladaq ki, 2022-ci ilin noyabrında bu müəssisədə oxşar hadisə baş verib. Bir nəfər ölüb, üç nəfər ağır yaralanıb.