Tahir Əmiraslanov milli kulinariyaya aid kitabları töküb, yandırdı... - Video
Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov illərlə yığdığı, milli kulinariyaya aid kitabları yandırıb.
Musavat.com bildirir ki, bu barədə Tahir Əmiraslanovun özü sosial şəbəkədə məlumat yayıb. Kitabları bir yerə töküb, yandıran kulinariyaçı məsələyə bu cür aydınlıq gətirib:
"Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır .
Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki?"
Xatırladaq ki, Tahir Əmiraslanov bir müddət bundan əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Onun əvəzinə Orxan Fikrətoğlu təyin edilib.
Xalidə Gəray
Musavat.com