Tağı Əhmədovun həyat yoldaşı DANIŞDI - "Onu kobud, qaba adlandırırlar, amma..."

"Dünən mənim doğum günü idi. O, mənim doğum günümə əbədi hədiyyə qoyub getdi".

Bu sözləri Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, oktyabrın 18-i T.Əhmədovun xəstəliyinin 4 ili idi:

"İnsanıq. Bütün hadisələr insanın başına gəlir. Heç kəs heç nə dən sığortalanmayıb, bilinmir 5 dəqiqədən sonra nə olacaq, sabah nə baş verəcək. Getdi, daha bir də qayıtmaz".

S.Əhmədova bildirib ki, Tağı Əhmədov uşaq ürəyinə sahib biri olub:

"Çox gözəl insan idi. Onu kobud, qaba adlandırırlar, amma onun ürəyi uşaq ürəyi kimi idi. Nə bilim. İncisə də, tez barışardı. Ailədə mehriban idi.

Özü o cür xəstə idi, ancaq mənimlə maraqlanırdı. Səhhətimdə yaranan problemi soruşurdu".

Qeyd edək ki, Tağı Əhmədov oktyabrın 18-i axşam saatlarında 75 yaşında vəfat edib.

19.10.2024 12:15
1624