Müğənni Tacir Şahmalıoğlunun məclislərdən birinə geyindiyi qırmızı şalvar müzakirələrə səbəb olub.
Sosial şəbəkədə video paylaşan sənətçi tənqid edilib. T.Şahmalıoğlunun yazılanlara cavabı gecikməyib.
Sənətçi video paylaşaraq "Burdan bəzi "ağıllılara" səslənirəm: Zəhmət olmasa, siz mənim geyimimə yox, sənətimə görə dəyər verin və qiymətləndirin. Qalanı uçun o gözəl beyninizi yormayın. Onu da əlavə etmək istəyirəm ki, kaş bütün qara şalvar geyinənlər kişi olardı" sözlərini bildirib. (Axşam.az)