"Ailəlikcə toya hazırlaşırdıq, amma arzumuz baş tutmadı".
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu oğlunun nişanlanması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Sənətçi oğlunun toyunu ləğv etməsindən danışıb:
"Oğluma yaxın dostumun qızını alacaqdım. Amma qız son anda razılıq vermədi, bildirdi ki, özünün istədiyi oğlan var. Nə edə bilərdik ki? Bunu bildik və toyu ləğv etdik".
Tacir Şahmalıoğlu bundan narahat olmadığını da vurğulayıb:
"Azərbaycan böyükdür, qızdan çox qız var. Oğlumun qisməti çatanda bizi düz ünvana aparacaq. Təki mənim oğluma tapılmayan qız olsun. Allah bütün balaları xoşbəxt eləsin, mənimkilər də onların arasında".
Qeyd edək ki, bir müddət bundan əvvəl müğənni Tacir Şahmalıoğlu oğlunu evləndirəcəyini açıqlamışdı. Sənətçi oğlunun dostunun qızı ilə nişanlayacağını bildirmişdi.