Tacir Şahmalıoğlu: "Arvaddan üzr istəmərəm, evin kişisiyəm" - VİDEO

"Həyat yoldaşım qısqancdır. Amma onu qısqandıracaq nəsə etmirəm. Onun işinə qarışmıram". 

Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib. 

Həyat yoldaşı Kəmalə xanımdan söz açan sənətçi bildirib ki, heç zaman xanımından üzr istəməyib: 

"Dindardır, namaz qılır. Evdə oturub balalarına baxır. Hər bir ailəyə Kəmalə kimi qadın arzulayıram. Bir dəfə qəlbimə dəyməyib, 24 saat qulluğumdadır. Ürəyi nə istəyir, alıram.

Qadınlara qızıl hədiyyə edirsən, bununla da könlünü alırsan. Ad günündə, başqa günlərdə alıram. Arvaddan üzr istəmərəm, evin kişisiyəm. Amma xanımımla bir-birimizə qarşılıqlı sonsuz hörmət edirik. Səhvim olmadığına görə ondan üzr istəmirəm. Arvaddan üzr istəyəcək dərəcədə səhv etmirəm ki, üzr də istəyirəm. Kiçik işlər olur ki, məndən inciyir, mən də onun qəlbini alıram". 

23.01.2024 17:38
784