Tacikistanın paytaxtı Düşənbədə Novruz bayramının keçirilməsi təxirə salınıb.
Musavat.com “Asia Plus”a istinadən xəbər verir ki, Düşənbə meriyası Novruz bayramını martın 21-dən 24-nə keçirmək qərarına gəlib.
Qeyd olunub ki, qərara səbəb martın 21 və 22-də respublika ərazisində müşahidə olunacaq əlverişsiz hava şəraiti olub.
Respublika Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, bu günlərdə paytaxtda hava şəraitinin dəyişkən olacağı, leysan xarakterli yağış yağacağı gözlənilir.
Bildirilib ki, martın 24-də günortadan sonra Düşənbənin Müstəqillik meydanında teatrlaşdırılmış tamaşa və “Novruz karnavalı” keçiriləcək.
Ramazan ayına görə bütün mədəni tədbirlər əsasən axşam saatlarında keçiriləcək.
Musavat.com