Tacikistanda 6500 falçı və kəmsavad ruhani məsuliyyətə cəlb edilib

Tacikistan Daxili İşlər Nazirliyi okkultizmə qarşı aparılan kampaniya çərçivəsində cadugər və falçılar, eləcə də təhsilsiz ruhaniləri saxlayıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti xəbər verir.

“Dövlət başçısının tapşırığına əsasən və daxili işlər orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə cadugərlik və falçılıqla məşğul olan 1500 nəfər saxlanılıb, 5000-dən çox yarımsavadlı molla fanatizmə görə saxlanılaraq qeydiyyata alınıb” – məlumatda bildirilir.

Tacikistan prezidenti Emoməli Rəhmon bir müddət əvvəl dini liderlərlə görüşündə ölkədə xurafatın yayılmasından narahat olduğunu bildirib və Daxili İşlər Nazirliyinə falçılar və cadugərlərə qarşı mübarizəni gücləndirməyi tapşırıb. Onun sözlərinə görə, bu əməllər cəmiyyətə mənfi təsir edir və mövhumata gətirib çıxarır.

Musavat.com

04.11.2024 11:28
259